6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
10 Iyul, 2026
Paytaxtın Səməd Vurğun küçəsinin
Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək,
eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə
Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən
aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət
tətbiq edilib.
Məhdudiyyət səbəbindən 10-12
iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid
Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18
nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət
Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir.
11-12 iyul tarixlərində isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut müvəqqəti olaraq metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
09 Iyul, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır