53 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək
31 Oktyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin
artırılması məqsədilə 53 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu
avtobuslar cəlb edir.
Marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Transkontrol"
MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək.
“Elmlər Akademiyası” metrostansiyasını Bayıl parkı
ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan,
ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha
müasir avtobuslar fəaliyyət göstərəcək.
Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə
intervalla sərnişinlərin xidmətində olacaq.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir