503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
31 Oktyabr, 2025
Sumqayıt
şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən
503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.
Sərnişin
axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini
“20 Yanvar” metrostansiyası ilə əlaqələndirəcək.
Başlanğıcını
Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi
paytaxtın Seyid Cəfər Pişəvari küçəsidir.
Marşrut
üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişin təlabatına uyğun olaraq
artırılacaq. Beləliklə, marşrut xəttində 21 avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə
xidmət göstərəcək. Marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata
keçirilir. Gedişhaqqı 0,80 AZN təşkil edir.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir