22 nömrəli marşrut üzrə bütün avtobuslar yenilənir
16 Iyun, 2026
Paytaxtın Sabunçu qəsəbəsinin
Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən
22 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.
Xatırladaq ki, marşrut xəttində
avtobusların bir qismi ötən
ilin sentyabrında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni
avtobuslar gətirilərək xəttə əlavə olunur.
İyunun 17-dən marşrut üzrə 14
müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobus sərnişinlərin
xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız
qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Digər xəbərlər
19 Iyun, 2026
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
19 Iyun, 2026
AYNA ictimai nəqliyyat üzrə mötəbər beynəlxalq təşkilatın üzvü oldu
19 Iyun, 2026
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
18 Iyun, 2026
Sürücü qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
17 Iyun, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib