141

Əsas Xəbərlər

214A nömrəli marşrut xətti istifadəyə verilir

214A nömrəli marşrut xətti istifadəyə verilir

21 Fevral, 2026

214A nömrəli marşrut xətti istifadəyə verilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib. Çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə veriləcək.


Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirəcək. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərəcək. Gedişhaqqı 0,55 AZN müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək. 

Xəbəri sosial platformalarda paylaş: