214 və 214A nömrəli marşrut xətlərində müasir avtobuslar fəaliyyət göstərəcək
30 Iyun, 2026
Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini
Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux
Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı
avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən
yeni daşıyıcı ("Çinar-Trans" MMC) xəttin istismarını həyata keçirəcək.
214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut
xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan
avtobus fəaliyyət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65
AZN təşkil edəcək.
Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz
sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi
AYNA tərəfindən diqqətdə saxlanılır.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir