141

Əsas Xəbərlər

195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

27 Iyul, 2026

195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır


Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayır.

"Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı “BakuBus” MMC-dir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,50 AZN müəyyən edilib.

Xəbəri sosial platformalarda paylaş: