141

Əsas Xəbərlər

17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası

17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası

22 Iyul, 2026

17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası




Yenilənmə işləri:

  • Mehdi Hüseynov küçəsində (Fətəli Xan Xoyski parkı) 6 ədəd üfüqi nişanlanma xətti təşkil edilib

  • Əjdər Məlikov ilə Eldar Xəlilov küçələrinin kəsişməsində 1 ədəd piyada keçidi və stop xətti təşkil edilib

  • Ağabacı Rzayeva küçəsində üfüqi nişanlanma xətti təşkil edilib

  • Rüstəm Rüstəmov ilə Kamil Balakişiyev küçələrinin kəsişməsində 3 ədəd piyada keçidi təşkil edilib

  • 2-ci Mədən küçəsi ilə Mövsüm Sənani küçələrinin kəsişməsində 1 ədəd piyada keçidi bərpa edilib

  • Ələsgər Ələkbərov küçəsində 2, Seyfəddin Dağlı küçəsində 1 ədəd “Məktəbli” loqosu yapışdırılıb

  • Əlövsət Quliyev küçəsində 1, Zərifə Əliyeva  küçəsində 1, Rəsul Rza  küçəsində 1 ədəd “30 sürət” loqosu yapışdırılıb 

  • Bakı-Şamaxı yolunda termoplastik boyadan istifadə olunmaqla üfüqi nişanlanma xəttinin bərpası işləri davam etdirilib

  • İlqar Musayev küçəsində üfüqi nişanlanma xətti bərpa edilib

  • Məhəmməd Hadi küçəsində avtobus zolağının bərpası işləri davam etdirilib

  • Mərdanov Qardaşları küçəsində 3 ədəd “Məktəbli” loqosu təşkil edilib




İctimai nəqliyyat infrastrukturu:

  • İlqar Abbasov küçəsində 2, Sahib Hümbətov küçəsində 2, Zivər bəy Əhmədbəyov küçəsində 1 ədəd 5.12 yol nişanı quraşdırılaraq dayanacaq məntəqəsi təşkil edilib



Mikromobillik:

  • Hüseyn Cavid prospektində 3, Bəxtiyar Vahabzadə küçəsində 1, Abbas Mirzə Şərifzadə küçəsində 4 ədəd skuter məntəqəsində skuter yeri və loqosu təşkil edilib

  • Xətai prospektində yaşıl boya ilə üfüqi nişanlanma xəttinin və velo keçidinin təşkili işləri görülüb





Parklanma:

  • Ağ Şəhər bulvar ərazisində parklanma məntəqəsində 33 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xəttinin bərpası işləri görülüb

  • Zərifə Əliyeva küçəsində 1, Bakıxanov ilə Rəşid Behbudov küçələrinin kəsişməsində 1, “3.27” yol nişanı quraşdırılıb

  • Sülh küçəsində 2, Muxtar Fətəliyev küçəsində 15, Ərdəbil küçəsində 11 ədəd  parklanma məntəqəsində yol nişanı quraşdırılıb

  • Kamil Balakişiyev küçəsində 17, Tofiq Tağızadə küçəsində 15 yerlik  parklanma məntəqəsinin təşkili üçün iki komponentli boyadan istifadə olunaraq üfüqi nişanlanma xətləri təşkil edilib

  • Fəxrəddin Musayev küçəsində 10, Abbas Mirzə Şərifzadə küçəsində 19 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətti təşkil edilib

  • Süleyman Sani Axundov küçəsində 4, İbrahimpaşa Dadaşov küçəsində 4, Ceyhun Hacıbəyli küçəsində 13 ədəd parklanma məntəqəsində yol nişanı quraşdırılıb

  • Abbas Mirzə Şərifzadə küçəsində 21 yerlik iki komponentli boyadan istifadə olunaraq üfüqi nişanlanma xətti bərpa edilib



Yol nişanları:

  • 10 May küçəsində 4, Təbriz ilə Qarabağ küçələrinin kəsişməsində 1, Zuğulba prospektində 10 , 20 Yanvar – Mirzəağa Əliyev layihəsinə uyğun 11 ədəd yol nişanı quraşdırılıb

  • Heydər Əliyev prospektində 3, Təbriz küçəsində 1, Zuğulba prospektində 10, Mirzəağa Əliyev küçəsində 1, Hənifə Ələsgərov ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 4, Ceyhun Hacıbəyli ilə Sahib Zeynalov küçələrinin kəsişməsində 5 ədəd yol nişanı quraşdırılıb


Xəbəri sosial platformalarda paylaş: