161 və 162 nömrəli marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib
27 Iyul, 2026
Daşıyıcı “Azland Plaza” MMC tərəfindən Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların istismarının dayandırılması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.
Belə ki, sərnişindaşımanın
fasiləsizliyinin qorunması və vətəndaşların nəqliyyat xidmətləri ilə təmin
olunması məqsədilə 27 iyul tarixindən etibarən 161 nömrəli marşrutun istismarı
müvəqqəti olaraq “Çinar Trans” MMC-yə, 162 nömrəli marşrutun istismarı isə müvəqqəti
olaraq “Xaliq Faiqoğlu” MMC-yə həvalə olunub.
Marşrutlar yaxın günlərdə
müsabiqəyə çıxarılacaq.
Digər xəbərlər
27 Iyul, 2026
195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
23 Iyul, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
23 Iyul, 2026
İlk dəfə olaraq ölkədaxili sifarişli sərnişin və yükdaşıma sürücüləri təlimlərə cəlb edilirlər
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası