146 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir
05 Dekabr, 2025
Paytaxtın Yeni Suraxanı və Şüvəlan
qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi
həyata keçiriləcək.
AYNA tərəfindən keçirilən
müsabiqənin nəticəsinə əsasən, dekabrın
7-dən sərnişinlərin xidmətinə müasir “Karsan” markalı avtobuslar veriləcək.
Avtobuslarda ödəniş nağdsız
qaydadadır. Gedişhaqqı 0.55 AZN təşkil edəcək.
Qeyd edək ki, vətəndaşların
rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi
məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir