12 nömrəli marşrutda ekoloji təmiz avtobuslar sərnişinlərin ixtiyarına verilir
05 Dekabr, 2025
Paytaxtın Xətai rayonunun
Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən
12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Dekabrın 7-dən sərnişinlərin
xidmətinə veriləcək 18 yeni "Yutong" markalı avtobus müasir, ekoloji
cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız
qaydadadır. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.
Qeyd edək ki, vətəndaşların
rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi
məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir