10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
02 Iyul, 2026
Paytaxtın Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi
ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti
qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə
məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli
müntəzəm marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir.
3-5 iyul tarixlərində isə Hüseyn Cavid prospektinin
Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək
olan hissəsində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar 3, 6, 10, 17,
18 və 96 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi
və İnşaatçılar prospekti ilə təşkil ediləcək.
Digər xəbərlər
03 Sentyabr, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,7 dəfə artıb
02 Sentyabr, 2026
“Brutto müqavilə”yə keçidlə ictimai nəqliyyat sahəsində yeni dövr başlayır
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik