Xaçmazda beynəlxalq yükdaşıma faəliyyəti göstərən sahibkarlarla görüş keçirilib
11 Mart, 2025
Xaçmaz
rayonu ərazisində fəaliyyət göstərən “FoodCity Aqrokompleks”də daşıyıcı şirkətlərlə
görüş keçirilib. Görüşdə avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının
coğrafiyası, milli daşıyıcıların müxtəlif istiqamətlər üzrə beynəlxalq yük daşımaları
bazarlarında payları, daşıyıcıların beynəlxalq bazarlarda iştirakının
artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Onları
maraqlandıran suallar cavablandırılıb.
Görüş
iştirakçıları, həmçinin Xaçmaz “KOB evi”ndə AYNA tərəfindən göstərilən xidmətlərlə
tanış olublar. Bildirilib ki, göstərilən xidmətlə daşıyıcılar beynəlxalq yük daşımalarına
hüquq verən icazə blanklarını Bakı şəhərinə getmədən birbaşa yükləmə yerində əldə
edə bilirlər. Bu, vaxta və xərclərə qənaət eməklə daha səmərəli və çevik
daşımaların həyata keçirilməsinə imkan verir.
Qeyd
edək ki, AYNA tərəfindən Bakı, Yevlax, Xaçmaz KOB evlərində icazə blanklarının verilməsi
xidməti göstərilir.
Ötən
il “KOB evi”ndə sahibkarlar tərəfindən ən çox müraciət edilən qurum AYNA olub.
Digər xəbərlər
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir