İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılacaq
22 Noyabr, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayı üçün biletlər 25 noyabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1207 reys həyata keçirilib, 36208 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb