Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
03 Noyabr, 2026
Sərnişindaşıma sahəsində rəqabətli mühitin,
marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə
bağlı tədbirlərin davamı olaraq paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də
Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Qusar,
Bakı-Quba, Bakı-Xudat şəhərlərarası və İkinci Nügədi - Heydər Əliyev prospekti (Quba)
avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal
Kompleksi ilə əlaqələndirən 567 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə
hüquqi şəxs ”Xaliq Faiqoğlu” MMC;
Bakı–Sınıq Körpü marşrutları üzrə fiziki şəxslər
Abbasov Eyvaz Abbas oğlu və Əmiraslanov Orxan Nadir oğlu;
Bakı–Zaqatala marşrutu üzrə fiziki şəxs Bilalov Bəxtiyar
Bilal oğlu;
Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs
"ALIOSMAN AĞASOY" MMC;
Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs ”Logistics And
Transport Services” MMC;
İkinci Nügədi–Heydər Əliyev prospekti (Quba) marşrutu
üzrə hüquqi şəxs ”Uğurlu Yol” MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
03 Noyabr, 2026
“TransportTech” hakatonunun qalibləri müəyyənləşib
02 Noyabr, 2026
210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək
02 Noyabr, 2026
Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib
30 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır