Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
14 Sentyabr, 2026
Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində
sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirləri genişləndirir.
Nəticədə sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı
rekord həddə – 2530-a çatdırılır.
Bu, son illərin ən
yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma
üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə
2180-ə, 2025-ci ildə isə 2340-a yüksəlib. Beləliklə, cəmi 5 il ərzində
paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42% artırılıb.
Bu il isə ilk dəfə
olaraq Bakı marşrutlarında eyni vaxtda 2530 avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə
bu, 200-ə yaxın avtobus artım deməkdir.
Avtobus sayındakı
artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir.
Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində
8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.
Avtobus parkının həm
say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər
də davam etdiriləcək. Bu il
29 sayda xətdə isə
avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Əlavə
avtobusların gətirilməsi ilə sərnişinlərin daha rahat, təhlükəsiz və keyfiyyətli
ictimai nəqliyyat xidmətləri ilə təmin olunması imkanları genişləndiriləcək.
Bu il özəl və dövlət müəssisələri tərəfindən 308
sayda avtobus gətirilib. Avtobusların artırılması davam etdirilir.
Digər xəbərlər
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
07 Sentyabr, 2026
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb