AYNA: avtobuslara yol verin!
03 Dekabr, 2024
Yol hərəkəti iştirakçıları üçün rahat və təhlükəsiz mühitin yaradılması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) başlıca məqsədlərindən biridir. İctimai nəqliyyatdan istifadə edənlərin daha çox üstünlüklərə malik olmasını nəzərə alaraq, AYNA minik avtomobillərin sürücüləri və digər hərəkət iştirakçılarına müraciət edir: avtobuslara tək dayanacaqdan çıxanda deyil, ümumiyyətlə, küçə və prospektlərdəki xüsusi ayrılmış zolaqlarla hərəkət zamanı yol verin!
Xüsusilə yol ayrıcıları və küçələrin kəsişmələrində ictimai nəqliyyat üçün ayrılmış və 5.9 (marşrut nəqliyyat vasitələri üçün zolaq) yol nişanı ilə təchiz olunmuş yerlərdə sağa dönərkən diqqətli olun və yalnız xüsusi zolaqla hərəkət edən avtobusları buraxdıqdan sonra manevr edin!
Nəzərə alın ki, adi avtomobillərdən fərqli olaraq, avtobuslar daha böyük və ağır nəqliyyat vasitəsidir, onları hərəkətə gətirmək və dayandırmaq daha çətindir, bunun üçün daha çox vaxt və məsafə lazımdır. Sərt hərəkətlər, qaydaların pozulması təhdid yaradır, yol-nəqliyyat hadisələrinin baş verməsi ehtimalını artırır, sürücü və sərnişinlərin həyatı və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir.
Eyni zamanda, unutmayaq ki, avtobuslar istənilən minik avtomobilindən dəfələrlə daha çox sərnişin daşıyır. Gəlin, onların mənzil başına daha tez çatmasına şərait yaradaq!
Sürücülük mədəniyyəti və nəzakət qaydalarına riayət etdiyiniz üçün Sizə təşəkkür edirik!
Digər xəbərlər
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir