141

Əsas Xəbərlər

5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

02 Oktyabr, 2026

5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 161 və 218 nömrəli şəhərətrafı, eləcə də Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.


Əmircan və Hövsan qəsəbələrini əlaqələndirən 161 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Çinar-Trans" MMC;

Türkan qəsəbəsini metronun “Əhmədli” stansiyası ilə əlaqələndirən 218 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Azlənd Plaza" MMC;

Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC;

Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;

Bakı–İmişli marşrutu üzrə fiziki şəxs Mustafayev Bakir Ayaz oğlu;

Sumqayıt–Quba marşrutu üzrə fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu qalib elan olunublar.


Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.


Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Xəbəri sosial platformalarda paylaş: