Daha 3 elektron tərəzi quraşdırılıb
01 Oktyabr, 2026
Yol infrastrukturunun
qorunması, yolların istismar müddətinin uzadılması, hərəkətin təhlükəsizliyinin
təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında yeni
texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması davam etdirilir.
2 tərəzi M-2 Bakı–Ələt–Qazax–Gürcüstan
Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Hacıqabul rayonunun
Nəvahi qəsəbəsi ərazisində Bakı və Qazax istiqamətlərində, 1 tərəzi isə M-6 Hacıqabul–Bəhramtəpə–Mincivan
avtomobil yolunun 18-ci km-də, Sabirabad rayonu ərazisində paytaxt istiqamətində
quraşdırılıb.
Oktyabrın 2-dən bu
elektron tərəzilər vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə
başlanılacaq.
Qeyd edək ki, avtomobil yollarında
yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə
həyata keçirilir. Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən
çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə
imkan verir.
Yük nəqliyyat vasitələrinin
icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil
yollarında idarə edilməsi ilə bağlı inzibati xəta elektron tərəzilər vasitəsilə
aşkar edildikdə, bu barədə məlumatlar real vaxt rejimində elektron formada
birbaşa mərkəzi informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə
haqqında elektron qərar çıxarılır.
Daşıyıcılardan
qanunvericiliklə müəyyən edilmiş qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə
parametrlərinə dair tələblərə ciddi riayət etmələri xahiş olunur.
Digər xəbərlər
01 Oktyabr, 2026
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
28 Sentyabr, 2026
16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
28 Sentyabr, 2026
“28 May” NMM-də və “Şamaxinka” ərazisində yeni dayanacaqlar quraşdırılıb
28 Sentyabr, 2026
Bakının mərkəzində piyada zonaları genişləndirilir
25 Sentyabr, 2026
4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib