141

“AYNA MaaS”da funksional yeniliklər tətbiq edilib

Nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlarının təmin edilməsi, xidmətlərin əlçatanlığının və vətəndaşların istifadə təcrübəsinin daha da artırılması məqsədilə “AYNA MaaS” mobil tətbiqinin yenilənmiş versiyasında bir sıra funksional təkmilləşdirmələr həyata keçirilib.

“AYNA MaaS”da funksional yeniliklər tətbiq edilib

Bu ilin I rübündə mikromobillik vasitələri ilə 1 milyon km-dən çox yol qət edilib

Mikromobillik infrastrukturunun inkişafı istiqamətində görülən işlər, şəhər konsepsiyası üzrə mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb.

Bu ilin I rübündə mikromobillik vasitələri ilə 1 milyon km-dən çox yol qət edilib

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfəyədək artıb

Bu ilin birinci rübü ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 280 469 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfəyədək artıb

Bu ilin ilk rübündə Bakı şəhərində avtobuslarla 120 milyon sərnişin daşınıb

Paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb. Sərnişin daşımalarının daha səmərəli təşkili, marşrutların düzgün tənzimlənməsi istiqamətində atılan addımlar nəticəsində 2026-cı ilin ilk rübü ərzində 120 milyona yaxın sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% və ya 7 651 048 nəfər çoxdur.

Bu ilin ilk rübündə Bakı şəhərində avtobuslarla 120 milyon sərnişin daşınıb

Missiyamız yerüstü nəqliyyat sisteminin qurulmasını təmin etməkdir

Gələcəyə baxışımız proqressiv, sektor üçün bilik və dəstək mərkəzi olan, yerli və beynəlxalq səviyyədə müasir yerüstü nəqliyyat xidmətlərini təmin edən tənzimləyici qurum olmaqdır.

İctimai nəqliyyat indi daha əlçatan

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişinlərin ehtiyaclarına daha uyğun bir xidmət təklif edir. Sərnişindaşıma üzrə yeni marşrutlar və avtobusların sayının artırılması sayəsində şəhərdaxili və şəhərlərarası səfərlər daha rahat olub. Elektron xidmətlərin tətbiqi isə sərnişinlərə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanmaq imkanı yaradır. Bu dəyişikliklər nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

Sərnişindaşıma xidməti

Sərnişinlərə yüksək nəqliyyat xidmətlərinin göstərilməsi, avtobus parkının yenilənməsi və əlçatanlığın artırılması əsas hədəfimizdir.

Yol hərəkətinin təşkili

AYNA yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edir.

Mobillik və əlçatanlıq

Şəhərin mobillik imkanlarının artırılması, hər kəs üçün bərabər mühitin yaradılması hədəfimizdir.

Parklanma xidməti

Məqsədimiz Bakı şəhərinin küçə və prospektlərində sürətli və rahat parklanma xidmətinin təşkili və şəhər mobilliyinin dayanıqlığına nail olmaqdlr.

Yükdaşıma xidməti

Daşıyıcıların yeni bazarlara istiqamətləndirilməsi AYNA-nın əsas prioritetlərindəndir.

Taksi

Taksi xidməti göstərən minik avtomobilləri ilə sərnişindaşıma sahəsində keyfiyyətin artırılması, sərnişinlərə yüksək xidmətin göstərilməsi üçün çalışırıq.

E-xidmətlər

Hamısına bax
Hamısına bax
`

Statistik göstəricilər

494+mln

2025-ci ildə sərnişin daşınıb

52

ölkə ilə yükdaşıma həyata keçirilir

114+

kilometr avtobus zolağı təşkil olunub

10+mln

kilometr skuter və velosiped ilə qət edilib

Taksi kvotası və növbəlilik üzrə göstəricilər

54 siyahı

növbədə olan nəqliyyat vasitələrinin sayı*

42.288

Bakı şəhəri üzrə qüvvədə olan buraxılış kartlarının sayı

*Bir müraciətdə bir neçə nəqliyyat vasitəsinin növbədə olması mümkündür

0

kvota üzrə boş yerlərin sayı

Xəbərlər

Hamısına bax

Tərəfdaşlarımız

AYNA yerüstü nəqliyyat sahəsində təcrübə və resurs mübadiləsi aparmaq üçün müxtəlif yerli və beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir. Bu əməkdaşlıqlar vasitəsilə nəqliyyat xidmətlərinin keyfiyyəti və effektivliyi artırılır. Həmçinin tərəfdaşlarımızla birgə layihələr təhlükəsizlik və texnoloji yenilikləri tətbiq etməyə imkan verir. Məqsədimiz genişmiqyaslı əməkdaşlığı gələcəkdə də davam etdirməkdir.

Görülən işlər və nailiyyətlər

2024-cü ildə avtobusla səyahət edənlərin sayı artıb

2024-cü il ərzində ümumilikdə 432,1 miyon sərnişin daşınıb. Ötən il avtobuslardan istifadə edənlərin sayında artım qeydə alınıb. 2023-cü illə müqayisədə 26 milyon çox sərnişin daşınıb. Nağdsız marşrutlar üzrə isə 333,3 milyon sərnişindaşıma qeydə alınıb.

2,1 milyon km məsafə velosiped və skuterlərlə qət olunub

2024-cü ilin son 4 ayında 2,1 milyon km yol velosiped və skuterlərlə qət olunub. 460000 nəfər bu vasitələrdən istifadə edərək mənzil başına çatıb. Velosiped və skuter sifarişi üçün 800 000 dəfə müraciət olunub. 103 000 nəfər proqram təminatında qeydiyyatdan keçib. 2024-cü ildə müxtəlif icarə xidmətlərindən hər gün orta hesabla 2800 skuter sifarişi edilib!

100 km-dən çox avtobus zolağı çəkilib

Mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtda zolaqlar şəbəkəsinin tətbiqinə başlanılıb. Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması nəzərdə tutulub. İndiyədək paytaxtın küçə və prospektlərində 100 km-dən çox avtobus zolağı çəkilib.

İstifadəçilər üçün

Elektrik doldurma məntəqələri

Xəritədə və ya siyahı formasında elektrik doldurma məntəqələri ilə tanış ola bilərsiniz

Avtovağzalların siyahısı

Xəritədə və ya siyahı formasında avtovağzallar ilə tanış ola bilərsiniz

Təklif və şikayətlər

Təkliflərlə tanış ola bilərsiniz

Avtobus marşrut xətləri

Avtobusların marşrut xətləri ilə tanış ola bilərsiniz

Bizimlə əlaqə

Hər hansı şikayət, təklif və ya sualınız olarsa bizə yaza, zəng edə və ünvanımıza yaxınlaşa bilərsiniz.

Telefon: 141

E-Poçt: 141@ayna.gov.az

Ünvan: Bakı ş., Hacı Məmmədov küçəsi, 5

Sualınız var? Bizə yazın