Taksi sürücüləri üçün təlimlər davam etdirilir
17 Iyun, 2025
Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və daha əlçatan olması məqsədilə
AYNA tərəfindən taksi sürücülərü üçün təlimlər davam etdirilir. Bu günədək 46656 sürücü nəzəri və praktiki təlimlərə cəlb olunub. Proqramın
yekununda DİM tərəfindən imtahan təşkil edilir. İndiyədək 35929 sürücü
imtahandan keçib.
Qeyd edək ki, təlim zamanı iştirakçılara taksi ilə sərnişindaşıma
qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və
sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris
proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından
istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, hərəkətin
təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi
mövzular daxil edilib.
Taksi minik avtomobilində sürmə təlimi zamanı hərəkətə
başlama, manevretmə və avtomobillərin yolun hərəkət hissəsində yerləşdirilməsi
qaydalarına uyğun idarəetmə, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin
edən idarəetmə üsulları, mürəkkəb yol şəraitində, eləcə də hərəkətin intensiv
olduğu yollarda və sutkanın qaranlıq vaxtı taksi minik avtomobilinin idarə
edilməsi aşılanır.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək