Son 3 ildə Azərbaycan və Qazaxıstan arasında mübadilə edilən “İcazə” blanklarının sayı 5 dəfə artıb
06 Mart, 2024
Son 3 ildə Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları üçün mübadilə edilən “İcazə” blanklarının sayı beş dəfə artıb.
Ölkələrimiz arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın 6 mart tarixində keçirilən növbəti iclasında 2023-cü il üzrə daşımaların davamlılığının təmin edilməsi məqsədilə “İcazə” blanklarının əlavə mübadiləsi və 2024-cü il üçün ölkələrimiz arasında “İcazə” blanklarının ilkin kvotası razılaşdırılıb.
İclas zamanı Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində tərəflərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə olunub. Həmçinin Orta dəhlizin davamlı inkişafının təmin olunması üçün Çindən göndərilən tranzit yüklərin hər iki ölkə daşıyıcıları tərəfindən daşınması üçün təşkilati işlərin görülməsi barədə razılıq əldə edilib.
İclasda bildirilib ki, Azərbaycan və Qazaxıstan arasında daşımaların ümumi həcmi, eləcə də region üzrə 3-cü ölkə daşımalarında iki ölkə daşıyıcılarının aktivliyi artıb.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək