Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
24 Sentyabr, 2026
Ümumi
istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin
təşkili ilə bağlı tədbirlər davam etdirilir.
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində
artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz
və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi
hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki
mövcud avtobus zolaqları ilə əlaqələndirilib.
Layihə xüsusilə ekspres avtobusların hərəkət
intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət
edir.
Digər xəbərlər
24 Sentyabr, 2026
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
24 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
23 Sentyabr, 2026
“Avropa Mobillik Həftəsi” çərçivəsində panel müzakirəsi keçirilib
23 Sentyabr, 2026
49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
22 Sentyabr, 2026
Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb