Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatı
08 Iyul, 2025
Azərbaycan
vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri
üçün icazə prosedurları daha da sadələşdirilir
Fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş
müvafiq rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az)
portalından əldə olunan icazənin müddəti 5 günədək artırılıb.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü
olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri
dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin
qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə
tutulur.
Fərdi minik avtomobillərini idarə edən şəxslər
“Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi
barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən
şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad
edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında
diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar, həmçinin “Yolumuz Qarabağa” portalı
vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər
yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.
Bununla yanaşı işğaldan
azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar
əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.
Digər xəbərlər
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir