Ramazan bayramında 43 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
15 Aprel, 2024
Ramazan bayramında əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub.
Ümumilikdə isə bayram günlərində BBAK-dan 1599 reys həyata keçirilib, 43 min 525 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 8745 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər xəbərlər
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir