Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib
23 Fevral, 2025
Qarlı və şaxtalı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib və əhalinin xidmətindədir.
Sərnişindaşımada xidmət göstərən sürücülər sürüşmə ehtimalı olan enişli-yoxuşlu yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri, ara məsafəsi saxlamaları və baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olması barədə təlimatlandırılıb.
Hərəkət iştirakçısı olan sərnişinlərdən də təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Avtobuslar adi qrafik və sxem üzrə fəaliyyət göstərir. Hava şəraiti ilə əlaqədar bəzi xətlərdə avtobuslarası intervallarda artım müşahidə edilə bilər.
Qarlı hava şəraitində, xüsusən də müxtəlif enişli-yoxuşlu ərazilərdə avtobusların hərəkətində məhdudiyyətlər yarana bilər. Sərnişinlərdən bunu anlayışla qəbul etmələri xahiş olunur.
Qeyd edək ki, nəqliyyat vasitələrinin çətinliklə üzləşdiyi ərazilərdə aidiyyəti qurumlarla birgə yol örtüyünün qardan təmizlənməsi və yolun açılması istiqamətində müvafiq işlər görülür.
Digər xəbərlər
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir