Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb
28 Oktyabr, 2026
Bakı
şəhərində mikromobillik infrastrukturunun inkişafı istiqamətində işlər davam
etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən
istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin
etməkdir.
Kəsintisiz
zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda
mikromobillik zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb.
“Bakı
şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən mikromobillik
zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.
Mikromobillik
infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir
göstərir. 2026-cı ilin 9 ayı ərzində Bakı şəhərinin mərkəzi hissəsində başlayıb
və bitən, fərdi minik avtomobilləri, taksi, velosiped və skuterlərlə həyata
keçirilən səfərlərin 19,7%-i mikromobillik vasitələrinin payına düşür. Ötən
ilin eyni dövründə bu rəqəm 12% təşkil edirdi.
Digər xəbərlər
26 Oktyabr, 2026
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 Oktyabr, 2026
147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
26 Oktyabr, 2026
“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib
23 Oktyabr, 2026
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
21 Oktyabr, 2026
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib