Ölkədaxili yük daşımalarında elektron əmtəə-nəqliyyat qaiməsindən istifadənin genişləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib
04 Mart, 2025
Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi ilə birgə yük daşımalarında iştirak edən sürücülər üçün Elektron Əmtəə-Nəqliyyat
Qaiməsinin tətbiqinin genişləndirilməsi üzrə maarifləndirici tədbir keçiriblər.
Bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun
40.1-ci maddəsinə və Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli
Qərarı ilə təsdiq edilən “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi,
uçotu və istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən, elektron əmtəə-nəqliyyat
qaiməsi “AYNA” informasiya sistemində yaradılan “Elektron əmtəə-nəqliyyat qaiməsi”
altsistemində tərtib olunmalıdır.
Sürücülərə məlumat verilib ki, daşıyıcı tərəfindən
elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməyən əmtəə təyinatlı yüklər
daşınma üçün qəbul edilə bilməz. Elektron əmtəə-nəqliyyat qaiməsi yükgöndərənlə
daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul
olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir.
Həmçinin əmtəə-nəqliyyat qaiməsində yükgöndərən, daşıyıcı, sürücü və yükalan
haqqında məlumatlar, yüklə bağlı təsdiqedici sənədlər, yükləmənin yeri və
tarixi, avtonəqliyyat vasitəsinin markası və digər zəruri məlumatlar qeyd olunmalıdır.
Elektron əmtəə-nəqliyyat qaiməsi https://e-xidmet.ayna.gov.az/ portalına
daxil olaraq rəsmiləşdirilir. Sürücülərə yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi
ilə rəsmiləşdirilmədən daşınmasına görə İnzibati Xətalar Məcəlləsinin 323.2-ci
maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə nəzərdə tutulduğu barədə xəbərdarlıq
edilib.
Onlara hər hansı sual yaranacağı təqdirdə, 141 Çağrı
Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunub.
Digər xəbərlər
16 May, 2026
WUF13-ə hazırlıq dövründə və forumun keçiriləcəyi müddətdə AYNA-nın fəaliyyəti
15 May, 2026
“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub
14 May, 2026
Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir
14 May, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
14 May, 2026
Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihə yekunlaşmaq üzrədir