Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Oktyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid
Məntəqəsi), Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər,
Gəncə-Horadiz, Sumqayıt-Göyçay, Mingəçevir-Qax, Mingəçevir-Gəncə, Şəki-Gəncə, Bərdə-İmişli,
Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Tərtər-Mingəçevir,
Oğuz-Bərdə, Saatlı-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə şəhərlərarası, həmçinin
qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 11,17, 18, 20,
21, 24, 30, 32, 35, 38, 44, 61, 65, 72, 79, 88, 93, 523, 535 və E2 nömrəli
avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
13 noyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov
(tel: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi),
Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər, Gəncə-Horadiz,
Sumqayıt-Göyçay və Mingəçevir-Qax istiqamətlərində 9 lot üzrə noyabrın 20-də;
Mingəçevir-Gəncə,
Şəki-Gəncə, Bərdə-İmişli, Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə
və Tərtər-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 28-də;
Oğuz-Bərdə,
Saatlı-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 7 lot üzrə dekabrın
1-də;
paytaxtın
17 (11 nömrəli məktəb – Yeni Yasamal yaşayış massivi), 20 (Qaraçuxur qəsəbəsi –
Tibb Universiteti), 21 ("28 May" m/st - "Əhmədli” m/st), 38 (Tibb
Universiteti - Keşlə qəsəbəsi, 523 (Sumqayıt şəhəri – Xırdalan şəhəri) və 535 (Novxanı
kəndi – Xırdalan şəhəri) nömrəli avtobus marşrutları üzrə 6 lotda dekabrın 3-də;
paytaxtın
24 (11 nömrəli məktəb – Qaraçuxur qəsəbəsi), 30 (“28 May” m/st – C.Naxçıvanski
küçəsi), 32 (“28 May” m/st – C.Naxçıvanski küçəsi), 35 (Suraxanı rayonu – Ramiz
Quliyev küçəsi), 44 (Murtuza Muxtarov adına park – “Neftçilər” m/st) və 72 (Köhnə
Günəşli qəsəbəsi – “Sədərək” ticarət mərkəzi) nömrəli avtobus marşrutları üzrə
6 lotda dekabrın 5-də;
paytaxtın
18 (Nizami bağı – 9-cu mikrorayon), 61 (Azadlıq prospekti – 9-cu mikrorayon),
65 (9-cu mikrorayon – Azneft dairəsi), 79 (Mərkəzi Bank – M.Ə.Rəsulzadə qəsəbəsi),
88 (“Dərnəgül” m/st – 20-ci Sahə dairəsi), 93 (“Dərnəgül” m/st – Sabunçu dəmiryolu
stansiyası) və E2 (Xırdalan şəhəri – “20 Yanvar” m/st) nömrəli avtobus
marşrutları üzrə 7 lotda dekabrın 9-da baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir