Mikayıl Müşfiq və Əhmədbəy Ağaoğlu küçələrində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq məhdudiyyət qoyulur
19 Iyul, 2024
19 iyul saat 13:00-dan 23 iyul saat 13:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Ə.Haqverdiyev küçəsi, Nazim Hikmət küçələrindən təşkil edilib. 19 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində də (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Tətbiq edilən məhdudiyyətlə əlaqədar 11 və 199 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nurəddin Süleymanov küçəsi və Təbriz küçəsindən təşkil ediləcək.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək