Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunub
21 Sentyabr, 2025
Sentyabrın 21-də Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunub. Mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdirilib, əhali üçün test sürüşləri və təlimlər keçirilib.
Yaradıcılıq zonasında “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənib. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılıb. Müxtəlif əyləncələr təşkil olunub.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət etdi və namizədliyi uğurla təsdiqləndi.
Layihə hər il fərqli mövzu ilə reallaşır. Builki
mövzu “Hər kəs üçün mobillik”dir. Bu o deməkdir ki, bütün insanlar dayanıqlı nəqliyyatla
təmin edilməlidir. Bu istiqamətdə 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə
yönələn tədbirlər keçirilib və “Avtomobilsiz Gün”lə yekunlaşıb.
Digər xəbərlər
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir