Maarifləndirici reydlər keçirilib
19 Iyun, 2025
Avtomobil nəqliyyatı ilə yük və sərnişin
daşımalarına dair daşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayət
etmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin bu sahədə maarifləndirilməsi
məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol
Polisi İdarəsi (BDYPİ) birgə reyd keçiriblər.
Reyd zamanı daşıyıcıların mülkiyyət, icarə və
istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili, bu sahədə
daşımalara icazə verən buraxılış vəsiqəsi və kartlarının mövcudluğu yoxlanılıb.
20 yük nəqliyyat vasitəsi sürücüsündən 2-sinin, 21
sərnişindaşıma təyinatlı nəqliyyat vasitəsinin sürücüsündən isə 9-unun müvafiq
sənədlərə malik olduğu müəyyən edilib. 14 sürücüyə bildiriş verilib və onlar
reysqabağı texniki yoxlamadan keçirilmə ilə bağlı maarifləndirilib.
Buraxılış kartı və buraxılış vəsiqəsi olmayan 11, sərnişin
daşımalarında istifadə olunan formulyarın doldurulmaması ilə bağlı 5-i
olmaqla, ümumilikdə 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib
edilib. Maarifləndirici reydlər davam etdirilir.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də
qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə sərnişin və yük
daşmalarını yerinə yetirən daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı
texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək,
sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.
Digər xəbərlər
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir