Kibertəhlükəsizlik üzrə mütəxəssislərə AYNA-da mövcud iş imkanları barədə məlumat verilib
31 Yanvar, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü buraxılışının məzunları ilə görüşüblər. Karyera günü çərçivəsində keçirilən “Career Day” sərgisində məzunlara AYNA-da mövcud iş imkanları barədə ətraflı məlumat çatdırılıb. Onlara karyera inkişafı, şəxsi və peşəkar bacarıqların artırılması istiqamətində tövsiyələr verilib. Bildirilib ki, belə tədbirlər gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirir, onların bilik və bacarıqlarını artıraraq daha uğurlu karyera qurmalarına dəstək olur.
Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin “Technion” Texnologiya İnstitutu birgə təsis edib. AKM ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislərin hazırlanması məqsədilə yaradılıb və üç il ərzində 1000-ə yaxın şəxsin bu sahədə təlim alması nəzərdə tutulub. Mərkəzin artıq 240 məzunu var və onlar həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik üzrə müxtəlif vəzifələrdə çalışaraq ölkəmizdə bu sahənin inkişafına töhfə verirlər.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək