İşğaldan azad olunmuş ərazilərə səfər edənlərin sayı artıb
15 Iyul, 2025
Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə
səfərləri davam etdirilir. Səfərlər müntəzəm avtobus reysləri, eləcə də fərdi nəqliyyat
vasitələri ilə həyata keçirilir.
Müntəzəm avtobus reysləri ilə biletlər onlayn
qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir. Bu ilin 6 ayı ərzində işğaldan azad olunmuş ərazilərə
müntəzəm avtobus marşrutları ilə 3475 reys həyata keçirilib, 33 min 500 sərnişin
həmin əraziləri ziyarət edib.
Fərdi minik avtomobillərilə isə vətəndaşlar www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək Şuşa, Laçın, Xankəndi,
Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Suqovuşan
istiqamətlərində səfər edə bilirlər. Bu ilin 6 ayı ərzində işğaldan azad
olunmuş ərazilərə fərdi minik avtomobilləri ilə səfər etmək üçün müraciət edən
1 milyon 342 min 921 nəfərə portal üzərindən icazə verilib. Bu rəqəm ötən ilin
ümumi göstəricisi ilə müqayisədə 2 dəfədən çoxdur. Belə ki, 2024-cü ildə portal
üzərindən müraciət edən 647 min 918 nəfərə icazə verilmişdir.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb