İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb
28 Fevral, 2025

İşğaldan
azad olunmuş ərazilərə müntəzəm şəhərlərarası reyslərin təşkil edilməsi, vətəndaşların
sözügedən ərazilərə səfər edərkən geridönüş vaxtlarını da seçə bilmələri bu
reyslərdən istifadəyə marağı artırıb.
2024-cü
ilin sentyabrından 2025-ci ilin 25 fevral tarixinədək Xankəndi – Bərdə və Bakı
– Xankəndi – Laçın müntəzəm şəhərlərarası reysləri vasitəsilə 1270 reys üzrə 11 682 sərnişin daşınıb.
Həmçinin
keçirilmiş müsabiqələr əsasında Mingəçevir – Xankəndi – Laçın və Gəncə – Xankəndi
– Şuşa marşrut xətləri üzrə daşıyıcılar müəyyən olunub və sərnişin
daşımalarının təşkilinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərdə yol
infrastrukturu və məskunlaşma planlarına əsasən mərhələli qaydada digər müntəzəm
şəhərlərarası marşrut xətlərinin təşkili də nəzərdə tutulur.
Hazırda
işğaldan azad olunmuş ərazilərə vətəndaş səfərlərinin təşkili üçün kifayət qədər
marşrut və avtobuslar mövcuddur və daşımalar sərnişin tələbatına uyğun olaraq tənzimlənir.
Bununla yanaşı, vətəndaşların işğaldan azad olunmuş ərazilərə üç istiqamət üzrə
– Şuşa, Laçın və Suqovuşana fərdi nəqliyyat vasitələri ilə də səfər etmək
imkanı vardır.
Qeyd
edək ki, 2022-ci ilin yanvar ayından Azərbaycan Respublikası vətəndaşlarının
işğaldan azad edilmiş əraziləri ziyarət etməsi məqsədilə 5 istiqamət olmaqla,
Bakı – Şuşa – Bakı, Bakı – Ağdam – Bakı, Bakı – Füzuli Bakı, Əhmədbəyli – Şuşa
– Əhmədbəyli, Bərdə – Ağdam – Bərdə reysləri fəaliyyətə başlayıb. Sözügedən
reyslər üzrə vətəndaşlar “yolumuzqarabaga.az” portalı üzərindən bilet əldə edərək
işğaldan azad edilmiş əraziləri müəyyən edilmiş saatlarda ziyarət ediblər.
Vətəndaşların
işğaldan azad olunmuş ərazilərə daha rahat şəkildə səfər etmələri məqsədilə
gündəlik əsasda və onların sözügedən ərazilərə səfər etdikdən sonra geridönüş
vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin,
habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “yolumuzqarabaga.az”
portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edilməsi
nəzərdə tutulub.
Bununla
əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımızdan
1 mart tarixindən etibarən müntəzəm reyslər üzrə biletləri “yolumuzqarabaga.az”
portalı üzərindən deyil, yalnız “biletim.az”
portalı üzərindən əldə etmələri xahiş olunur.
Digər xəbərlər
30 Aprel, 2025
Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir
30 Aprel, 2025
18 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
29 Aprel, 2025
16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
25 Aprel, 2025
Beynəlxalq yükdaşımalarda icazələrin sayı 2 dəfə artırılıb və yeni növ “İcazə blankı” icazələrin siyahısına daxil edilib
23 Aprel, 2025
Paytaxtda yeni parklanma yerləri təşkil edilib