İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə oktyabr ayı üçün biletlər satışa çıxarılacaq
25 Sentyabr, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayı üçün biletlər 27 sentyabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 798 reys həyata keçirilib, 32363 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Digər xəbərlər
30 Aprel, 2025
Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir
30 Aprel, 2025
18 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
29 Aprel, 2025
16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
25 Aprel, 2025
Beynəlxalq yükdaşımalarda icazələrin sayı 2 dəfə artırılıb və yeni növ “İcazə blankı” icazələrin siyahısına daxil edilib
23 Aprel, 2025
Paytaxtda yeni parklanma yerləri təşkil edilib