“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun növbəti tematik görüşü keçirilib
07 Fevral, 2025
05 fevral 2025-ci il il
tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki
infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat
vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun
təkmilləşdirilməsi üzrə” altqrupunun tematik görüşü keçirilmişdir.
Görüş çərçivəsində altqrupa
üzv olan özəl sektor nümayəndələri tərəfindən altqrupun 27.01.2025-ci il
tarixli iclasında qaldırılan məsələlərə, xüsusilə də, Azərbaycan Avtomobil
Dilerləri Assosiasiyasına (AADA) üzv şirkətlər tərəfindən edilən çağırışlara
bir daha aydınlıq gətirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarınin
nümayəndələrinin iştirakı ilə müzakirələr aparıldı.
“Toyota Qafqaz”
şirkətinin nümayəndəsi tərəflərindən göstərilən bütün servis xidmətlərinin,
avadanlıqlarının, ehtiyat hissələrinin sertifikasiyadan keçdiyini vurğuladı və
AZS 635-2014 standartının şərtlərinə yenidən birgə baxmağı təklif etdi.
Görüş iştirakçıları idxalsonrası
rəqabət şərtlərinin bərabərləşdirilməsi üçün texniki normalar üzərində düşünülə
biləcəyini qeyd etdilər, eləcə də mövzunun aktuallığını nəzərə alaraq, AADA
tərəfindən bu sahədə bazar tələbinin və payının müəyyən edilməsini, aktual
məsələlərə dair ətraflı təkliflər planının hazırlanması və dövlət orqanlarına
göndərilməsi təklif etdilər.
Görüşdə biznes
mühitinin inkişafı və istehlakçı hüquqlarının müdafiəsi aspektindən
dövlət-biznes dialoqu platforması çərçivəsində müzakirələrin davam etdirilməsi
və birlikdə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunmasının
zəruriliyi vurğulandı.
Digər xəbərlər
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir