141

Əsas Xəbərlər

“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib

27 Fevral, 2025

27 fevral 2025-ci il il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin məsul nümayəndələri və özəl sektorun və biznes assosiasiyalarının təmsilçiləri iştirak ediblər.

Görüş çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən altqrupun 27 yanvar 2025-ci il tarixli iclasının Protokolunda qərara alınan tədbirlərin icra vəziyyətinə dair müzakirələr aparılıb.

Bununla yanaşı, ötən iclas zamanı da müzakirə mövzusu olan “Azərbaycan avtomobil sektorunda mövcud vəziyyətin icmalı: Tendensiyalar, çağırışlar və təkliflər” üzrə  təqdimat edilib, eləcə də 2025-ci il üçün Yol Xəritəsinin yekun layihəsinə daxil ediləcək yeni tədbirlərin müzakirəsi aparılıb.

Özəl sektor nümayəndələrinin, o cümlədən avtomobil dillerlərinin təmsilçilərinin aktiv iştirakı ilə keçən görüşdə müvafiq çağırışlar və qarşıda duran vəzifələrdən irəli gələrək, praktik təkliflər istiqamətində səmərəli müzakirələr aparılıb və təkliflər irəli sürülüb.

Sonda 2025-ci il üçün Yol Xəritəsinin layihəsinin yekunlaşdırılaraq təsdiq üçün təqdim edilməsi qərara alınıb, eləcə də qarşıda duran vəzifələr üzrə tapşırıqlar verilib. 

Xəbəri sosial platformalarda paylaş: