E2 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilir
18 Noyabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Noyabrın 19-dan Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq. Marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə saat 06:00-dan 20:00-dək sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gediş haqqı 0.50 AZN müəyyən edilib.
Marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi davam etdirilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkizi” vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.
Digər xəbərlər
04 Sentyabr, 2026
32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
04 Sentyabr, 2026
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
04 Sentyabr, 2026
Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik olunur
03 Sentyabr, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,7 dəfə artıb
02 Sentyabr, 2026
“Brutto müqavilə”yə keçidlə ictimai nəqliyyat sahəsində yeni dövr başlayır