“Dream Fest 2024” ziyarətçilərinin nəzərinə: “AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb”
22 Iyul, 2024
23-28 iyul tarixlərində “Sea Breeze”də keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.
Belə ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metrostansiyasının cənub çıxışındakı Nəqliyyat Mübadilə Məntəqəsindən (Piramidanın arxası) “Sea Breeze”ə, saat 22:30-dan 02:30-dək isə Alov parkı (Koroğlu m/st şimal çıxışı) – Nərimanov parkı – Səməd Vurğun parkı marşrutu üzrə geri daşınması təmin ediləcək.
“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festivalın qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələrini tövsiyə edirik.
Qeyd edək ki, ziyarətçilər Koroğlu Nəqliyyat Mübadilə Məntəqəsində yerləşən 500-dən çox parklanma yerində nəqliyyat vasitələrini saxlayaraq yollarına avtobusla davam edə biləcəklər.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək