Bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir
24 Fevral, 2025
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti
ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və
avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Ötən gün qarlı və şaxtalı hava şəraitinin olmasına
baxmayaraq avtobus sürücüləri vətəndaşlarımızı mənzil başına təhlkəsiz
çatdırmaq üçün səylə çalışıblar. Qeyd edək ki, Bakı şəhəri və ətraf ərazilərdə
fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin
iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib. Məhz avtobus sürücülərinin
peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.
Yol hərəkəti iştirakçılarının avtobusların maneəsiz şəkildə sərnişin daşımlarını
həyata keçirməsinə şərait yaratmasını xahiş edirik.
AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda
avtobusların hərəkətinə nəzarət olunur. Avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini
davam etdirir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq
daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb.
Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın qəsəbələrarası
yolların buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər var. Sürət
həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda
artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul
etmələri, təhlükəsizlik qaydalarına riayət
etmələri xahiş olunur.
Bölgələrdə sərnişindaşıma adi rejimdə davam
etdirilir. Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən
Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb.
Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir. Bu istiqamətlərdə
reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb