Bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
08 Iyul, 2024
Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-Kürdəmir istiqamətləri üzrə müsabiqəyə çıxarılan marşrutların qalibləri bəlli olub.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Bakı-Şabran marşrutu üzrə fiziki şəxs Şahbazov Fəxrəddin Şirəli oğlu, Bakı-Siyəzən marşrutunun 11:00 reysi üzrə fiziki şəxs İsmayılov Xürrəm Həmid oğlu, 12:00 reysi üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu, 13:00 reysi üzrə fiziki şəxs Fətullayev Qurbanağa Yadulla oğlu, Bakı-Oğuz marşrutu üzrə fiziki şəxs Qəribov Hümbət Yaqub oğlu, Bakı-Göyçay maşrutu üzrə fiziki şəxs Məmmədova Şəhla Tofiq qızı, Bakı-Kürdəmir marşrutu üzrə fiziki şəxs Hacıyev Məhəmməd Əli oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
Digər xəbərlər
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir