141

Əsas Xəbərlər

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artır

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artır

08 May, 2025

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artır

Bu ilin yanvar-aprel ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 201837 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ötən ilin ilk 4 ayı ərzində onlayn qaydada 97079 bilet əldə edilib.

Rəqəmlər də göstərir ki, sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet almağa daha çox üstünlük verirlər.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 319 reys olmaqla 371 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür. 

Xəbəri sosial platformalarda paylaş: