Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
21 Sentyabr, 2026
Sərnişin axınının səmərəli
idarə olunması, xətlərdə intervalın tənzimlənməsi və nəqliyyat qovşaqlarında
sıxlığın aradan qaldırılması istiqamətində
tədbirlər davam etdirilir.
Belə ki, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə
müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142,
500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır.
Bu marşrutların sərnişinləri “Azərbaycanfilm
Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər.
“Şamaxinka” adlanan ərazidə isə dayanacaq məntəqəsi
qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq
nişanlarla işarələnəcək. Bununla da ərazidə avtobusların dayanacaq ətrafında
yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.
Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat
infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın
hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat
çatdırılmasına xidmət edir.
Həmin ərazidə artan sərnişin tələbatının
qarşılanması üçün optimallaşdırma işləri və əlavə avtobusların cəlbi də daxil
olmaqla kompleks tədbirlər davam etdirilir.
Digər xəbərlər
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!
19 Sentyabr, 2026
“Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
18 Sentyabr, 2026
Avtobuslar fasiləsiz xidmət göstərir
18 Sentyabr, 2026
Daha iki küçədə avtobus zolağı təşkil edilir