Beynəlxalq yük daşımaları sahəsində tam elektron icazələrə keçid razılaşdırıldı
25 Fevral, 2025

Azərbaycanla
Özbəkistan 2025-ci il sentyabrın 1-dən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları
sahəsində elektron “İcazə” blanklarına tam keçid barədə razılıq əldə ediblər.
Bu barədə qərar fevralın 19-da beynəlxalq
avtomobil əlaqələri sahəsində Azərbaycan-Özbəkistan Qarışıq Komissiyasının
videokonfrans formatında keçirilən növbəti iclasında qəbul olunub.
Qeyd edək ki,
Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilən qərarlar əsasında beynəlxalq
yük daşımalarına hüquq verən “İcazə” blanklarının elektron şəkildə mübadiləsinə
və verilməsinə imkan verən “e-Permit sistemi” yaradılıb.
Ötən müddət ərzində
müvafiq təşkilati və texniki işlər görülüb, ölkələr arasında məlumat mübadiləsinə
imkan verən elektron sistem qurulub.
14 yanvar
2025-ci il tarixində Özbəkistan-Azərbaycan marşrutu üzrə Azərbaycan
daşıyıcısının, 27 yanvar 2025-ci il tarixində isə Özbəkistan daşıyıcısının
iştirakı ilə elektron “İcazə” blanklarından istifadə olunmaqla ilk sınaq daşımalar
uğurla həyata keçirilib.
Hazırda
elektron “İcazə” blanklarının mübadiləsi və verilməsi hər iki tərəfdə uğurla
davam etdirilir.
Digər xəbərlər
30 Aprel, 2025
Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir
30 Aprel, 2025
18 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
29 Aprel, 2025
16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
25 Aprel, 2025
Beynəlxalq yükdaşımalarda icazələrin sayı 2 dəfə artırılıb və yeni növ “İcazə blankı” icazələrin siyahısına daxil edilib
23 Aprel, 2025
Paytaxtda yeni parklanma yerləri təşkil edilib