“BakıKart” mobil tətbiqi yenidən istifadəyə verilib
02 Aprel, 2025
“BakıKart” mobil tətbiqi yenidən
istifadəyə verilib. Bu tətbiq vasitəsilə istifadəçilər ictimai nəqliyyatda birdəfəlik
gediş üçün QR bilet əldə edə, “BakıKart” plastik kartlarının balansını artıra
bilərlər.
Bu tətbiq vasitəsilə istənilən
sayda kartın balansını artırmaq və 10 ədəd kartı yaddaşda saxlamaq mümkündür.
Balansartırma əməliyyatı zamanı “BakıKart”ın fiziki olaraq mobil cihazın
yanında olmağı mütləq deyil. Bildirək ki, fiziki kart olmadan da QR bileti
tətbiqdə əldə edib ictimai nəqliyyatdan istifadə etmək mümkündür.
Mobil tətbiq istifadəçilərə vaxta
qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini
sadələşdirir.
Qeyd edək ki, həm mobil tətbiq,
həm də www.bakikart.az
saytı vasitəsilə qeydiyyatdan keçdikdən sonra mobil tətbiqdə yaradılan
istifadəçi adı və şifrə ilə daxil olmaq mümkündür. Şifrə təyin olunarkən bütün
sadalanan təhlükəsizlik tələbləri nəzərə allınmalıdır.
Əlavə olaraq avtobus marşrutları
və dayanacaqlar haqqında məlumatların rahat əldə olunması və ictimai
nəqliyyatla səfərlərin planlaşdırılması üçün digər genişfunksiyalı tətbiqin
yaradılması üzərində iş aparılır.
“BakıKart” mobil tətbiqini həm App
Store, həm də Google
Play-də yükləmək mümkündür.
Bu tətbiqin istifadəçilər üçün
daha əlçatan və rahat olması üçün üzərində davamlı təkmilləşdirmə işləri aparılacaq.
Digər xəbərlər
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir