Bakıda ilk velosiped kirayəsi xidməti fəaliyyətə başlayıb
24 Avqust, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində ilk mərhələdə 10 km-dən artıq davamlı mikromobillik zolağı təşkil edilib.
Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Həmçinin avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.
Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir. Yaradılan mikromobillik infrastrukturu və qanunvericiliyin təkmilləşdirilməsi velosiped və skuterlərin geniş istifadəsinə şərait yaradır.
Bu gündən Bakı şəhərində ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb. Velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır. Velosiped kirayəsi xidməti istifadəçiləri tıxac və parkinq kimi qayğılardan da azad edir.
Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib. Parklanma məntəqələri yaradılarkən onların metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssilərinə və iri ticarət mərkəzlərinə yaxın olması nəzərə alınıb. Məlumat lövhələri üzərində QR-kodlar təsvir edilib. Mobil cihazlarda həmin QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək velosipedlərin aktiv və deaktiv olması prosesini yerinə yetirmək mümkündür. Tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini görmək də olar.
Qlobal statistikalara əsasən, velosipedi nəqliyyat növü halına gətirmiş şəhərlərdə baş verən yol nəqliyyat hadisələrinin sayı 24-30% aralığında azalır.
Pedal və elektrikli velosipedlərin istifadəsi daha təmiz şəhər mühitinə töhfə verir. Velosiped sürmək fiziki aktivliyi artırır və daha sağlam cəmiyyətə dəstək olur.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb