Bakıda 12.5 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib
30 Avqust, 2024

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində artıq 12,5 km-lik mikromobillik zolağı təşkil edilib.
Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Həmçinin avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.
Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.
Xatırladaq ki, Bakı şəhərində ilk velosiped kirayəsi xidməti də fəaliyyətə başlayıb. Mikromobillik vasitələrinin parklanması üçün şəhərdə 50-yə yaxın məntəqə yaradılıb.
Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.
Digər xəbərlər
30 Aprel, 2025
Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir
30 Aprel, 2025
18 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
29 Aprel, 2025
16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
25 Aprel, 2025
Beynəlxalq yükdaşımalarda icazələrin sayı 2 dəfə artırılıb və yeni növ “İcazə blankı” icazələrin siyahısına daxil edilib
23 Aprel, 2025
Paytaxtda yeni parklanma yerləri təşkil edilib