Bakı şəhərindən regionlara fəaliyyət göstərən müntəzəm marşrutların 30 faizi yenilənib
28 Iyul, 2025
Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətləri üzrə indiyədək keçirilmiş müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 92 ədəd yeni və müasir avtobuslar cəlb edilib. Bu, avtobus parkının təxminən 30%-nin yeni və müasir nəqliyyat vasitələri ilə əvəz olunması deməkdir.
Bakı-Bərdə və Bakı-Tərtər
istiqamətləri üzrə bütün müsabiqələr bitib və keçirilmiş müsabiqələr nəticəsində
mövcud avtobus parkı tamamilə (100%) yenilənərək müasir və komfortlu nəqliyyat
vasitələri ilə əvəz olunub.
Bakı-Mingəçevir istiqaməti
üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 45%-i
müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib.
Bakı-Gəncə və
Bakı-Zaqatala istiqamətləri üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud
avtobus parkının təxminən 40% yenilənməsinə nail olunub.
Keçirilmiş müsabiqələr nəticəsində
daşımalara “Neoplan”, “Man”, “King Long” və “Temsa” markalı nəqliyyat vasitələri
cəlb edilib.
Bakı şəhərindən respublikanın
müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən reyslərin təqribən 92%-i
onlayn bilet satışı üçün “Biletim.az” portalına inteqrasiya olunub. Bakı şəhərindən
regionlara onlayn bilet satışının həcmi 2025-ci ilin ilk 7 ayında 26% olub.
Digər xəbərlər
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir