Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Mikromobillik söbəsində mütəxəssis” vakansiyasını açıq elan edir
01 Iyul, 2024
Vəzifə öhdəlikləri:
- Mikromobillik zolaqlarının layihələndirilməsi, sxemlərin hazırlanması;
- Mikromobillik infrastrukturunun qurulması məqsədilə tələbatların müəyyən edilməsi;
- Mikromobillik sahəsinə dair infrastrukturun qurulmasında iştirak;
- Bu sahədə beynəlxalq təcrübənin araşdırılması;
- Agentliklə bağlı daxil olan sənədlərin qeydə alınması və vaxtında təyinatı üzrə yönləndirilməsi.
Xüsusi tələblər:
- Nəqliyyat, şəhərsalma, iqtisadiyyat və ya texniki elmlər üzrə təhsil.
- Kompüter bilikləri: Microsoft Office (MS Word, MS Excell, MS Power Point, MS Outlook), AutoCad. Əlavə dizayn proqramları biliklərinin olması üstünlükdür.
- Azərbaycan dilini mükəmməl bilmək;
- Analiz və təhlil, qərarvermə və ünsiyyət bacarıqları.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və bazar istirahət günləri.
Meyarlara cavab verən namizədlərdən CV-lərini vacancy@ayna.gov.az ünvanına “Mikromobillik şöbəsində mütəxəssis” mövzu başlığı ilə göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 28/07/2024
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək